Naxçıvan Muxtar Respublikasına həsr olunmuş nümunəvi dərs

67 nömrəli tam orta məktəbin tarix müəllimi Səxavət İmanovanın təşkilatçılığı ilə VIII "ç" sinfində Naxçıvan Muxtar Respublikasına həsr olunmuş nümunəvi dərs keçirilib.
Dərs zamanı Naxçıvanın tarixindən, dilbər guşələrindən, tarixi şəxsiyyətlərindən bəhs olunub, maraqlı videoçarxlar və təqdimatlar nümayiş etdirilib.
Dərsdə qonaq qismində məktəbin direktor müavini Ceyran Məmmədova və VIII "ç" sinif rəhbəri Diləfruz Rüstəmova iştirak ediblər.