Uğurunuz uğurumuzdur

67 nömrəli tam orta məktəbin şagirdi Sara Babayeva Ağdam rayonu üzrə yeniyetmələr arasında keçirilən 2 Fevral Gənclər Gününə həsr olunmuş "Gəncliyimiz işıqlı gələcəyimizdir" adlı sərgi-müsabiqədə iştirak edib. İstedadlı şagirdimiz Sara sərgi-müsabiqədə uğur qazanaraq I yerə layiq görülüb və diplomla təltif olunub.
Sara Babayevanı və onun timsalında bütün gəncləri 2 Fevral Gənclər Günü münasibətilə təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq