Uğurunuz uğurumuzdur

67 nömrəli tam orta məktəbin VI "b" sinif şagirdi Əhmədzadə Əlihüseyn Azərbaycan Uşu Federasiyası və Arktika Uşu Klubunun təşkilatçılığı ilə keçirilən Uşu üzrə klublararası turnirdə iştirak edərək II yerə layiq görülüb.
Qeyd edək ki, yarış bu yaxınlarda baş verən təyyarə qəzasında həlak olan Milli Qəhrəmanların xatirəsinə həsr olunub.
Əlihüseyni qazandığı ikincilik münasibətilə təbrik edir, növbəti yarışlarda birinci olmağını arzulayırıq.