Şagirdlərimiz maraqlı ekskursiyada iştirak ediblər

 24 yanvar 2024-cü il tarixində 67 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Səkinə Bayramova və Murad Rəşidovun rəhbərliyi, Balaxanı Neft Şirkətinin təşkilatçılığı ilə VIII "b" və VIII "f" sinif şagirdlərindən ibarət 20 nəfərlik heyət İçərişəhər Dövlət-Tarixi Memarlıq-Qoruğuna ekskursiyada iştirak ediblər.

Ekskursiya zamanı tədbir iştirakçıları Balaxanı Neft Şirkətinin əməkdaşı Günel xanımla birgə "Ədibin evi"ndə qonaq olublar. Onları evin icraçı direktoru Şəfəq Mehrəliyevə, Elm və Təhsil Nazirliyinin əməkdaşı Günel Səfərova xüsusi qonaqpərvərliklə qarşılayıb, uşaqlarla müstəqillik, təhsil, təhsillin insan həyatında rolu barədə tərbiyəvi mövzuda söhbət aparıblar.

Tədbirin sonunda "Ədibin evi"ndə qonaq olan tədbir iştirakçıları xüsusi hədiyyələrlə yola salınıblar.

Ekskursiyanın təşkili və həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür edir, kollektivimiz adından dərin minnətdarlığımızı bildiririk.

https://az.trend.az/azerbaijan/society/3998130.html

https://qafqazinfo.az/.../mektebliler-edibin-evinde...

https://visiontv.az/.../mektebliler-edibin-evinde...

https://faktor.az/.../117853-mektebliler-edibin-evinde...

https://1news.az/.../20250127042947356-Mektebliler-Edibin...

https://apa.az/.../mektebliler-edibin-evinde-layihesi...

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi