20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
67 nömrəli tam orta məktəbdə ilk dərslər 20 Yanvar–Ümumxalq Hüzn Gününə həsr edilib.
Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dərsləri tədris edən müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açıblar. Eləcə də 20 Yanvar hadisələrinin nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs olunub.
Daha sonra məktəbin bütün şagird və müəllim heyəti 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş guşəni ziyarət edərək onları yad etmək məqsədilə qərənfillər düzüblər, dualar ediblər.
Allah şəhidlərimizə rəhmət eləsin!