Yaradıcı müəllim

67 nömrəli tam orta məktəbin hərbi rəhbəri, Vətən müharibəsi veteranı və qazisi, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqov "Yaradıcı: yaradıcı tətbiqetmə" müsabiqəsində iştirak edib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən təqdimat müsabiqəsində iştirak etdiyinə görə Muraz Sadıqov sertifikatla təltif olunub.
Muraz müəllimi kollektivimiz adından təbrik edir, ona növbəti fəaliyyətlərində uğurlar arzulayırıq.