Məktəbdə böyük summativ qiymətləndirmələrə start verilib

Böyük summativ qiymətləndirmələr Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, məktəb rəhbərliyi tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil olunub.
15 yanvar 2025-ci il tarixindən başlayan böyük summativ qiymətləndirmələr Fəaliyyət Planına uyğun olaraq davam etməkdədir.
Qeyd edək ki, summativlərin təşkili ilə bağlı məktəb rəhbərliyi tərəfindən “Təşkilat”, “Nəzarət” və “Yoxlama” komissiyaları yaradılıb və tam obyektiv şəkildə qiymətləndirmələr aparılır.
Bütün şagirdlərimizə zehin açıqlığı və uğurlar arzu edirik.