DİN əməkdaşları məktəbdə

 8 yanvar 2024-cü il tarixdə Bakı şəhər Sabunçu rayonu 67 nömrəli tam orta məktəbdə DİN Polis Akademiyasının nümayəndəsi, polis baş leytenantı Alparslan Məmmədli və Sabunçu rayon Polis İdarəsinin əməkdaşı polis mayoru İbrahim Məmmədovun iştirakı ilə IX-XI sinif şagirdləri arasında gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barəsində görüş keçirilib.

Görüşdə şagirdlərə Polis Akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verilib. Həmçinin gənclərə gələcəkdə dövlətinə və vətəninə sadiq olmaq və sağlam ruhda böyümək üçün müəyyən tövsiyələr verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi