Sinif təşkilat saatı Naxçıvanın 100 illik yubileyinə həsr olunub

67 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Rəna Məmmədova sinif təşkilat saatını Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edib.
Dərs zamanı Naxçıvanın tarixi, coğrafiyası, tanınmış şəxsiyyətləri haqqında dolğun məlumatlarla zəngin olan videoçarxlar və təqdimatlar nümayiş etdirilib. Həmçinin şagirdlər arasında məlumat mübadiləsi aparılıb.