Məktəblərdə Naxçivan ayı

"Məktəblərdə Naxçivan ayı" layihəsi çərçivəsində müxtəlif tədbirlər keçirilib.
67 nömrəli tam orta məktəbin tarix müəllimi Gülnar Həbibovanın rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. IX "B" və IX "Ç" sinif şagirdlərinin iştirakı ilə Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaranması, Naxçıvanın qədim tarixi, etimologiyasi, mədəni irsi, tarixi abidələri, görkəmli şəxsiyyətləri və coğrafiyası haqqında biliklərini nümayiş etdirərək müzakirələr aparıblar.
Dəyirmi masada məktəbin direktor müavini Ceyran Məmmədova, tarix müəllimi Arifə İsmayılova və ingilis dili müəllimi Sulidə Rüstəmova iştirak ediblər.