Naxçıvanın 100 illik yubileyinə həsr olunmuş növbəti tədbir

67 nömrəli tam orta məktəbin VIII "b" sinfində tarix müəllimi Arifə İsmayılovanın təşkilatçılığı ilə Naxçıvanın 100 illiyinə həsr olunmuş nümunəvi dərs keçirilib.
Dərsdə Naxçıvanın yaranma tarixi, mədəniyyət abidələri və görkəmli şəxsiyyətləri haqqında şagirdlər qruplar üzrə təqdimatlar nümayiş etdiriblər, Naxçıvan Muxtar Respublikasının yaranma tarixini araşdırıblar.
Nümunəvi dərsdə məktəbin direktor müavini Ceyran Məmmədova və sinif rəhbəri Gültəkin Əliyeva iştirak ediblər.