Riyaziyyat fənni üzrə monitorinq keçirilib

67 nömrəli tam orta məktəbin direktor müavini Təranə Əlisoyun təşkilatçılığı ilə V-VI siniflərdə riyaziyyat fənni üzrə monitorinq keçirilib.
Monitorinq məktəbin Fəaliyyət Planına əsasən tərtib olunub və əsas məqsəd şagirdlərin riyazi biliklərinin yoxlanılması, zəifliklərin aşkar olunması və problemlərin aradan qaldırılması istiqamətində lazımi tədbirlərin görülməsi olub.