Riyaziyyat fənni üzrə nümunəvi dərs

67 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Elnarə Qafarova VI "a" sinfində riyaziyyat fənni üzrə nümunəvi dərs təşkil edib.
Dərs " Əks ədədlər, tam ədədlər" mövzusuna həsr olunub.
Dərsin məqsədi şagirdlərə ədədlərin əksini tapmağı, əks ədədlərin ədəd oxunda yerini, tam ədədlərin oxunmasını və yazılmasını mənimsətmək olub.
Dərsdə məktəbin direktor müavinləri Təranə Əlisoy və Təranə Əsədova iştirak ediblər.