Uğurunuz uğurumuzdur

 "Uğurunuz uğurumuzdur" rubrikasının növbəti qonağı 67 nömrəli tam orta məktəbin X sinif şagirdi Malik Qədimzadədir.

Bakı Musiqi Akademiyası «Harmoniya» Gürcü klassik musiqisi və folklorunun İnkişafı birliyi ilə birlikdə 2024-cü il dekabrın 21-dən 25-dək gənc musiqi ifaçıları üçün VII «World Harmony» Beynəlxalq müsabiqəsini keçirib. Müxtəlif nominasiyalar üzrə təşkil olunan bu müsabiqədə Malik Qədimzadə fortepiano ifası ilə iştirak edib.

Malik öz yaşıdları arasında uğurlu fortepiano ifası ilə II yerə layiq görülüb.

Maliki və onun üzərində əməyi olan bütün müəllimlərini təbrik edir, növbəti fəaliyyətlərində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi