Uğurunuz uğurumuzdur

 67 nömrəli tam orta məktəbin tarix müəllimi Gülnar Həbibova və XI sinif şagirdi Mədinə Muradova möhtəşəm uğura imza ataraq kollektivimizin sevincinə səbəb olublar.

Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə 2024-cü ilin mart və aprel aylarında "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda keçirilən referat yazı müsabiqəsində Sabunçu rayonunu uğurla təmsil edən Mədinə Muradova müsabiqənin Bakı şəhəri üzrə qaliblərindən biri olub.

23 dekabr tarixində həmin müsabiqənin Bakı şəhəri üzrə qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Qaliblər referatlarından ibarət "Heydər Əliyev və Azərbaycan tarixi" kitabı və diplomla təltif olunublar.

Qazandığı uğur münasibətilə şagirdimiz Mədinə Muradovanı, referat yazı işi üzrə elmi rəhbəri olan Gülnar Həbibovanı və üzərində əməyi olan bütün müəllimlərini təbrik edir, növbəti fəaliyyətlərində davamlı uğurlar arzulayırıq.

https://baku-ih.gov.az/.../baki-sehher-mektteblilerinin...

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi