Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş təqdimat müsabiqəsi

67 nömrəli tam orta məktəbin tarix müəllimi Şamxal Həşimovun təşkilatçılığı ilə VI "b" sinfində təqdimat müsabiqəsi keçirilib.
Sinif daxili müsabiqədə şagirdlər hazırladıqları maraqlı təqdimatları nümayiş etdiriblər. Həmçinin Şamxal müəllim hazırladığı videotəqdimatı və maarifləndirici məlumatları təqdim edib.
Sonda xatirə fotoları çəkdirilib.