Sərgi iştirakçıları təltif olunub

Sərgi iştirakçıları təltif olunub
67 nömrəli tam orta məktəbdə 9 dekabr tarixində keçirilən Zəfər Günü və Cop 29-a həsr olunmuş rəsm və əl işlərindən ibarət sərginin iştirakçıları təltif olunub.
Fənn müəllimləri Diləfruz Rüstəmova, Ağabacı Cigərxanova, Sevil Sultanova, Zəhra Xankişiyeva, Dilbazi Əliyeva və Gülnarə Rüstəmovanın birgə təşkilatçılığı ilə keçirilən sərgidə olduqca maraqlı əl işləri və rəsmlər nümayiş etdirilib.
Sərginin bütün iştirakçıları məktəb müdiriyyəti tərəfindən diplomla təltif olunub.