Korrupsiyaya qarşı mübarizə ilə bağlı valideyn iclası

67 nömrəli tam orta məktəbdə "Korrupsiyaya yox deyək" mövzusuna həsr olunmuş silsilə iclaslar keçirilib.
Məktəbin müdiriyyəti tərəfindən təşkil olunan iclasda müxtəlif siniflərdə təhsil alan şagirdlərin valideynləri iştirak ediblər.
İclas zamanı korrupsiya hallarına qarşı mübarizə ilə bağlı söhbət aparılıb, bu halların qarşısının alınması ilə bağlı fikir və təkliflər səsləndirib.
Qeyd edək ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən 2024-cü ilin ikinci yarımilliyində “Korrupsiyaya qarşı maarifləndirici tədbirlər” keçirilməsi nəzərdə tutulub.