Zəfər Gününə həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb

67 nömrəli tam orta məktəbdə keçirilən Zəfər Gününə həsr olunmuş inşa və təqdimat müsabiqələrinin qalibləri mükafatlandırılıb.
Qeyd edək ki, hər iki müsabiqə məktəbin Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri Ülviyyə Qarayevanın təşkilatçılığı ilə V-XI sinif şagirdləri arasında keçirilib və münsiflər heyəti tərəfindən obyektiv şəkildə yoxlanılaraq qaliblər seçilib.
Münsiflər heyətinin üzvləri məktəbin direktor müavinləri Ceyran Məmmədova, Gülnarə Bağırova və Təranə Əsədova, Uşaq Birliyi Rəhbəri Nigar Mirzəcanova və Azərbaycan dili müəllimləri olub.
Qalibləri kollektivimiz adından təbrik edir, növbəti fəaliyyətlərində uğurlar arzulayırıq.