Təhlükəsiz informasiya axtarışı

67 nömrəli tam orta məktəbin psixoloqları Əfsalə Ağayeva, Lalə Tağıyeva və Xəyalə Babazadə tərəfindən IX siniflərdə "Təhlükəsiz informasiya axtarışı" mövzusunda maarifləndirici seminar keçirilib.

Seminarın məqsədi şagirdlərin "məhrəm-intim" mövzularda doğru informasiyanı əldə etməsini təmin etmək olub. Seminarda şagirdlərə intimlik, intim mövzular üzrə resuslar barədə məlumat verilib. İnternetdə təhlükəsiz informasiya əldə etmək, təhlükəli və təhlükəsiz informasiya mənbələri ayırd etmək barədə məlumatlandırılıb.

Şagirdlərin informasiyanı ötürmə və qəbuletmə bacarıqlarını inkişaf etdirmək üçün "Kor və bələdçi" üsulundan istifadə edilib.

Seminarın sonunda şagirdlərin sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi