Məktəbdə növbəti Pedaqoji Şura iclası keçirilib

67 nömrəli tam orta məktəbdə Fəaliyyət Planına əsasən növbəti Pedaqoji Şura iclası keçirilib.
İclas məktəbin direktoru İradə Bayramovanın çıxışı ilə açıq elan edilib. İradə xanım çıxışında məktəbin təlim nəticələrindən, zəif şagirdlərlə işin düzgün təşkilindən, qarşıda duran prioritet məsələlərdən bəhs edib.
Daha sonra məktəbin direktor müavinləri Ceyran Məmmədova, Gülnarə Bağırova, Təranə Əlisoy, Yeganə Muradova, təsərrüfat işləri üzrə direktor müavini Yasəmən Məmmədova, kitabxana müdiri Həmayıl Hacıyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Sədaqət Məmmədova, coğrafiya fənni üzrə metodbirləşmə rəhbəri Qüdrət Məmmədova, biologiya fənni üzrə metodbirləşmə rəhbəri Günel Xasaylı və məktəbin psixoloqu Lalə Tağıyeva çıxış edərək müxtəlif mövzularda öz fikir və təkliflərini irəli sürüblər. Həmçinin çıxışlarında "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilən tədbirdən, COP29-la bağlı məktəbdə aparılan abadlıq işlərindən, təlim nəticələrindən, il ərzində planlaşdırılan fənn aylıqları və dərsdinləmələrdən, risk qrupuna daxil olan şagirdlərlə işin təşkilindən bəhs ediblər.
İclas zamanı mövzularla bağlı hesabat xarakterli videoçarxlar nümayiş etdirilib.