Məktəbdə abadlıq işləri görülür

67 nömrəli tam orta məktəbin kollektivi COP29 layihəsi çərçivəsində keçirilən bir çox maraqlı və faydalı tədbirlərdə iştirak ediblər. Məktəbdə keçirilən növbəti layihə həyətində aparılan təmizlik və abadlıq işləri olub.
Məktəbin direktoru İradə Bayramovanın təşəbbüsü ilə aparılan abadlıq işlərində pedaqoji heyətin üzvləri və texniki işçilər iştirak ediblər.
Qeyd edək ki, abadlıq və təmizlik işlərinin aparılmasında məktəb kollektivinə Balaxanı Neft Şirkəti olduqca böyük köməklik edib. Şirkət bu iş üçün xüsusi işçi heyəti və tullantıların daşınması üçün nəzərdə tutulan texnika göndərib.
Balaxanı Neft Şirkətinin işçilərinə, həmçinin təmizlik və abadlıq işində əməyi olan hər kəsə kollektivimiz adından təşəkkür edir, onlara minnətdarlığımızı bildiririk.