Təhsil naziri Emin Əmrullayev Rusiyanın maarif naziri ilə birlikdə məktəbimizdə

 Noyabrın 13-də elm və təhsil naziri Emin Əmrullayev BMT–nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29–cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının maarif naziri Sergey Kravtsov ilə görüşüb.

Emin Əmrullayev qonaqlarla birlikdə 67 nömrəli tam orta məktəbi ziyarət edərək təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olublar. Məlumat verilib ki, əsası 1897–ci ildən qoyulmuş məktəb ilk dərs ilində 2 müəllim və 73 şagirdlə fəaliyyətə başlayıb. 1989–cu ilə qədər məktəbdə təhsil yalnız rus dilində aparılıb.

Qeyd olunub ki, görkəmli ictimai xadim, Rusiya–Azərbaycan Dostluğu Cəmiyyətinin sədri, Azərbaycan neft sənayesinin qocaman nümayəndəsi Nikolay Konstantinoviç Baybakov

da sözügedən məktəbdə təhsil alıb.

Qonaqlar məktəbin direktoru İradə Bayramova ilə birlikdə təhsil ocağının maraqlı guşələri ilə tanış olublar və xatirə fotoları çəkdiriblər.

 

https://www.instagram.com/p/DCWLa-SI33l/?igsh=MWVuZGgxZ2xyN3N0bA==

https://www.instagram.com/p/DCWLa-SI33l/?igsh=MWVuZGgxZ2xyN3N0bA==

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi