COP29-a həsr olunmuş videoçarx

67 nömrəli tam orta məktəbin IX "ç" sinif şagirdləri COP29-la bağlı videoçarx hazırlayıblar. Uşaqlar COP-un yaranması tarixindən, iş prinsipindən və əhəmiyyətlindən söhbət açıblar.
Videoçarxda dünyanı ağuşuna alan qlobal ekoloji problemlər və bu problemlərin həll yollarından, təbiətin, yaşıllıqların qorunmasından bəhs olunub.
Qeyd edək ki, videoçarx ingilis dili müəllimi Sulidə Rüstəmovanın rəhbərliyi ilə ingilis dilində hazırlanıb.
Videoçarxın hazırlanmasında əməyi olanlara təşəkkür edir, hər kəsi ekoloji tarazlığın qorunması istiqamətində öhdəsinə düşəni etməyə çağırırıq.