Nikolay Konstantinoviç Baybakovun büstünün açılışı

06.03.2017-ci il tarixində 67№-li tam orta məktəbdə görkəmli ictimai, siyasi və dövlət xadimi, həmin məktəbin məzunu olmuş Nikolay Konstantinoviç Baybakovun büstünün açılışı olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin I vitse prezidenti Xoşbəxt Yusifzadə, ARDNŞ-nin vitse prezidentləri, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Muraşov Oleq Yuryeviç, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, N.K.Baybakov adına İqtisadiyyata Yardım Beynəlxalq İctimai Fondunun Azərbaycan filialının direktoru Pərviz Abduləzizov və bir çox dövlət rəsmiləri iştirak etmişlər.Büstün açılışından sonra qonaqlar məktəbimizin şagirdlərinin iştirakı ilə hazırlanan ədəbi-bədii kompazisiyanı izlemişler.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi