Xocalısız 25 il

24.02.2017-ci il tarixində məktəbimizdə keçirilən Xocalı soyqırımının silinməz izlərinə, 25 ildir gözü yolda qalan Xocalıya həsr olunmuş tədbirdən 3a sinif şagirdlərinin millətimizi dirçəlişə səsləyən çıxışları bizə sübut etdi ki, illər ötsə də yağı düşmənlərin ürəyimizdə açdığı yaranın izi hələ də sağalmayıb. Körpə balalarımızın kövrək hisslərlə hazırladıqları tədbirə baxdıqca onlar qarşısında aciz qalaraq, nə cavab verəcəyimizi belə bilmirik. Tanrıdan xalqımıza o dəhşəti bir daha yaşamamağı, Xocalının qisasını almağı və işğal altında olan torpaqlarımızı tezliklə mənfur düşmənlərdən azad etməyi arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi