İbtidai siniflərdə Zəfər Günü

67 nömrəli tam orta məktəbin ibtidai siniflərində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ibtidai sinif şagirdlərinin ifasında maraqlı səhnəciklər nümayiş etdirilib, şeir və mahnılar səsləndirilib.
Tədbirin məqsədi şagirdlərə vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara zəfərin mahiyyətini anlatmaq, şəhidlərimizə qarşı hörmət və ehtiram hissi aşılamaq olub.
Tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürümüzü bildirir, Zəfər Günü münasibətilə bütün müəllim, şagird və valideynlərimizi təbrik edirik.