Biologiya fənni üzrə növbəti nümunəvi dərs

67 nömrəli tam orta məktəbin biologiya müəllimi Ruhiyyə Qafarova VI "b" sinfində "Ağciyərlərdə qazlar mübadiləsi" mövzusuna həsr olunmuş nümunəvi dərs təşkil edib.
Dərsdə məktəbin direktor müavini Ceyran Məmmədova, biologiya müəllimləri Mətanət Məmmədova və Günel Xasaylı, tarix müəllimi Aytən Məmmədova iştirak edərək dərsi maraqla dinləyiblər.
Dərsin məqsəd və nəticələrinə uyğun müxtəlif üsullardan istifadə etməklə müəllim mövzunun şagirdlər tərəfindən mənimsənilməsinə nail olub.