Biologiya fənni üzrə nümunəvi dərs

IX "ç" sinfində Biologiya fənni üzrə Günel Xasaylı tərəfindən nümunəvi dərs keçirilib. Dərsdə məktəbin direktoru İradə Bayramova, direktor müavini Ceyran Məmmədova, riyaziyyat müəllimi Ziyafət Qorçiyeva iştirak ediblər.
Dərsin məqsədi şagirdləri "Hüceyrə orqanoidlərinin quruluş və funksiyaları" mövzusunda maarifləndirmək, onların bilik və bacarıqlarını qiymətləndirmək olub.
Şagirdlər dərs prosesində fəal iştirak edərək qarşıya qoyulan təlim nəticəsinə çatıblar. Dərsdən sonra tədris prosesi dinləyicilər tərəfindən müzakirə olunaraq rəylər verilib.