Məktəbdə növbəti möhtəşəm layihə

 67 nömrəli tam orta məktəbdə növbəti möhtəşəm layihəyə start verilib. COP29 çərçivəsində "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş bu layihəyə əsasən məktəbin həyətyanı sahəsindən sonra siniflərdə də yaşıllaşdırma işləri aparılır.

Sinif otaqlarında sağlam ekoloji mühitin yaradılması məqsədilə bütün siniflər üzrə müəllim, şagird və valideynlər birlikdə dekorativ, estetik görünüşlü və bol oksigenlə otaqları təmin edəcək bitkilər əkirlər.

Qeyd edək ki, qarşıdan gələn Zəfər Günü münasibətilə bütün dibçəklər işğaldan azad olunmuş torpaqlarımızın tarixi abidələri və dilbər guşələri əks olunmuş şəkillərlə bəzədilib.

Belə möhtəşəm layihənin təşkilində və icrasında əməyi olan hər kəsə təşəkkürümüzü bildirir, bütün müəllim, şagird və valideynlərimizi bu işdə aktiv olmağa dəvət edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi