COP29 çərçivəsində növbəti tədbir

 Elm və Təhsil Nazirliyinin müvafiq əmrlərinə əsasən Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı biologiya müəllimi Günel Xasaylı VIII "d" sinif şagirdləri ilə birlikdə nümunəvi dərs təşkil edib.

Şagirdlər hazırladıqları təqdimatlarda atmosferin, müxtəlif su mənbələrinin, torpağın çirklənməsi, qlobal istiləşmənin səbəbləri və bu problemləri aradan qaldırmaq üçün görülə biləcək işlər barəsində təkliflərini irəli sürüblər.

Eyni zamanda şagirdlər məktəbdə təmizliyin qorunması, sağlam mühitin yaradilmasında əməyi keçən məktəbin texniki işçi heyətinə Həqiqət Musayevanın timsalında təşəkkür ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi