Təbiətdən incəsənətə

 67 nömrələri tam orta məktəbdə COP29 çərçivəsində silsilə tədbirlər davam edir.

2024 - cü il noyabr ayında Azərbaycanda keçiriləcək COP 29-la əlaqədar olaraq artıq uzun müddətdir məktəbdə müxtəlif səpkili tədbirlər keçirilir.

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində məktəbin ibtidai siniflərində təbiəti mühafizə və ətraf mühitin sağlamlaşdırılması məqsədilə "təbiətdən incəsənətə" adı altında sərgi təşkil edilib. Şagirdlər müxtəlif tullantı materialından hazırladıqları göz oxşayan əl işlərini nümayiş etdiriblər. Məktəbin direktoru İradə Bayramova, direktor müavinləri Yeganə Muradova, Təranə Əlisoy, müəllimlər və valideyinlər iştirak edərək sərgidəki maraqlı əl işlərini heyrətlə izləyiblər.

İradə Bayramova çıxış edərək uşaqlara təbiəti və ətraf mühiti qorumağın vacibliyindən danışıb və onlara öz tövsiyəsini verib.

Sərginin təşkilində əməyi olanlara təşəkkür edir, hər kəsi təbiətə qarşı daha həssas olmağa, onu qorumağa çağırırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi