Təhlükəsizlik tədbirləri ilə bağlı iclas keçirilib
67 nömrəli tam orta məktəbdə valideyn iclasları davam edir.
"Ümumi təhsil müəssisələrində şagird təhlükəsizliyi barədə" Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş 08.10.2024-cü il təlimati məktuba əsasən məktəblərdə normal iş ahənginin qurulması, təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması, şagirdlərin, müəllimlərin və digər işçilərin fiziki, psixoloji və sosial təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həyata keçirilməli vacib tədbirlər çərçivəsində 19.10.2024-cü il tarixdə məktəb rəhbərliyinin, fənn müəllimlərinin, valideynlərin iştirakı ilə iclas keçirib.
İclas zamanı qarşılıqlı fikir mübadiləsi edilib, mövzu ilə bağlı maarifləndirici söhbət aparılıb.