Ekologiya aylığı və COP29 çərçivəsində silsilə tədbirlər

 67 nömrəli tam orta məktəbdə Ekologiya aylığı və COP29 çərçivəsində silsilə tədbirlər davam edir.

Məktəbin coğrafiya müəllimləri Mərziyə Məhərrəmova və Nüşabə Əbilovanın birgə təşkilatçılığı ilə rus bölməsindən olan VII "ğ", Azərbaycan bölməsindən olan VI "d" sinfində tədbir keçirilib.

Tədbir açıq havada, təbiət qoynunda təşkil olunub. Şagirdlər rəngarəng divar qəzetləri və təqdimatlar nümayiş etdiriblər. Həmçinin mövzuya aid əl işləri də təqdim olunub.

Maraqlı tədbirə görə müəllim və şagirdlərimizə təşəkkür edir, hər kəsi təbiəti qorumağa çağırırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi