Uğurunuz uğurumuzdur

67 nömrəli tam orta məktəbin XI "b" sinif şagirdi Ayan Həsənova MMA VƏ GRAPPLİNG idman növü üzrə yeniyetmələr və gənclər arasında keçirilən açıq birincilikdə uğur qazanaraq I yerə layiq görülüb.
Qeyd edək ki, Ayan Həsənova 16 yaşlı idmançılar arasında 50 kq. çəki dərəcəsi ilə yarışıb. Yarış Şəhid Ramiq Mikayılovun xatirəsinə həsr olunub.
Qürur hissi ilə bildiririk ki, bu Ayanın ilk uğuru deyil. Ötən tədris ilində Ayan Şahin Hərbi İdman oyununda məktəbimizi təmsil edən "Kəşfiyyatçılar" komandasının kapitanı olub və Respublika üzrə bir ilkə imza ataraq 10 saniyə ərzində gözü bağlı şəkildə avtomatı sökməklə rekorda imza atıb.
Ayanı qazandığı uğur münasibətilə kollektivimiz adından təbrik edir, ona növbəti yarışlarda müvəffəqiyyətlər arzulayırıq.