Təbiətdən incəsənətə

67 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aybəniz Mustafayevanın təşkilatçılığı ilə III "h" sinfində olduqca maraqlı texnologiya dərsi keçirilib.
COP29 layihəsi çərçivəsində keçirilən dərs "Təbiətdən incəsənətə" mövzusuna həsr olunub.
Dərs zamanı şagirdlər balqabağın üzərində rəngli boyalar və təbii güllərlə rəngarəng görüntülü incəsənət nümunələri hazırlayıblar.
Direktor müavini Yeganə Muradova iştirak edərək maraqla dərsin gedişini izləyib və öz təəssüratlarını bölüşüb.