Narkomaniyaya yox deyək!

67 nömrəli tam orta məktəbin biologiya müəllimi Lətafət Səfərovanın təşkilatçılığı, VIII "h" sinif şagirdlərinin iştirakı ilə "Narkomaniyaya yox deyək, sağlamlığımızı qoruyaq" adlı tədbir keçirilib.
Tədbir dəyirmi masa formatında təşkil olunub. Məktəbin direktor müavinləri Təranə Əlisoy və Təranə Əsədova, tarix müəllimi Məlahət Mirzəyeva, UBR Nigar Mirzəcanova tədbirdə çıxış edərək öz təəssüratlarını bölüşüblər.
Şagirdlərin hazırladıqları videoçarxlar və təqdimatlar olduqca maraqlı və maarifləndirici məlumatlarla zəngin olub.