"Övladlarımızın gələcəyi naminə birlikdə addımlayaq" layihəsinin yekunu

 67 nömrəli tam orta məktəbdə keçirilən "Övladlarımızın gələcəyi naminə birlikdə addımlayaq" layihəsi artıq başa çatıb.

Yekun tədbirdə valideynlərin layihə barədə fikir və təklifləri dinlənilib. Valideynlər çıxış edərək layihədən razı qaldıqlarını, bu layihənin onlara məktəblə bağlı çox yeniliklər öyrətdiyini, məktəblə bundan sonra daha sıx əlaqə quracaqlarını bildiriblər.

Qeyd edək ki, layihə təlim formatında, 5 mövzu əsasında hazırlanıb .

1. Valideynlərin hüquq və vəzifələri.

2. Şagird qiymətləndirilməsi.

3. Məktəbin ictimai işlərində valideynin rolu.

4. Valideyn - müəllim, müəllim - şagird, valideyn - valideyn münasinətləri.

5. Ev tapşırığı necə olmalıdır və ev tapşırığının əhəmiyyəti.

Layihə rəhbəri Yeganə Muradova və bu təlimlərin keçirilməsində əməyi olan hər kəsə təşəkkür edir, bütün valideynləri məktəblə daima həmrəy olmağa çağırırıq. Çünki məktəb də valideynlər kimi sağlam və savadlı övladlar yetişdirmək üçün çalışır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi