Uğurunuz uğurumuzdur

67 nömrəli tam orta məktəbin X "d" sinif şagirdi Nihat Abdullayev məktəbimizə növbəti birincilik medalını gətirib.
Nihat Abdullayev "Legioner" idman klubunun kikboksinq idman növü üzrə keçirdiyi klublararası açıq turnirdə 15 yaşlılar arasında 100 kq.çəki dərəcəsi ilə I yerə layiq görülüb.
Qələbə münasibətilə Nihat diplom və medalla təltif olunub.
Şagirdimizi təbrik edir, ona növbəti yarışlarda uğurlar arzulayırıq.