Birincilərin valideynləri ilə psixoloji söhbət

 67 nömrəli tam orta məktəbin psixoloqları Lalə Tağıyeva, Xəyalə Babazadə və Əfsalə Ağayeva məktəbə yenicə qədəm qoyan I sinif şagirdlərinin valideynləri ilə psixoloji görüş keçiriblər.

Məktəbin direktoru İradə Bayramova çıxış edərək sağlam təhsil mühiti haqqında və bu istiqamətdə məktəbdə görülən işlər barədə məlumat verib.

Görüş zamanı I sinif şagirdlərinin məktəbə adaptasiya dövrü haqqında geniş məlumat verilib, uşağın formalaşmasında ailədəki sağlam psixoloji mühitin rolu kimi önəmli məsələlər müzakirə edilib.

Sonda valideynləri maraqlandıran suallar psixoloqlar tərəfindən cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi