Qlobal istiləşmə və mübarizə yolları

67 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Qüdrət Məmmədova VI "ç" sinif şagirdləri ilə birlikdə "Qlobal istiləşmə və mübarizə yolları" mövzusuna həsr olunmuş maraqlı dərs təşkil edib.
Dərs zamanı mövzuya aid müxtəlif təqdimatlar nümayiş etdirilib, müəllim tərəfindən maarifləndirici məlumatlar təqdim olunub, şagirdlər tərəfindən fikir və təkliflər səsləndirilib.
Maraqlı və faydalı biliklərlə zəngin dərsin təşkilinə görə coğrafiya müəllimi Qüdrət Məmmədovaya təşəkkür edir, hər kəsi təbiətdəki qlobal problemlərə qarşı həssas olmağa çağırırıq.