COP29 hazırlığı məktəbimizdə

67 nömrəli tam orta məktəbdə COP29-la bağlı silsilə tədbirlər, layihələr həyata keçirilməkdədir. Bunlardan biri məktəbin həyətində yaşıllaşdırma işlərinin aparılmasıdır.
Yaşıllaşdırma işlərində yalnız şagirdlər deyil, müəllim və valideynlər də yaxından iştirak ediblər. Məktəbin həyətində dekorativ bitkilərlə, müxtəlif ağac növləri ilə yeni dizaynlı yaşıllıqlar salınıb.
Olduqca maraqlı, rəngarəng görüntülərlə zəngin olan aksiyanın keçirilməsində əməyi olanlara kollektivimiz adından təşəkkür edir, hər kəsi yaşıllıqların qoruması və bərpası istiqamətində əlindən gələni etməyə çağırırıq.