Yaşıl dünya naminə həmrəylik ilinə həsr olunmuş növbəti nümunəvi dərs

 67 nömrəli tam orta məktəbin biologiya müəllimi Mətanət Məmmədova Həyat bilgisi fənnindən Ekologiya aylığı çərçivəsində, "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş maraqlı dərs təşkil edib.

Dərsdə məktəbin VIII "a" sinif şagirdləri müxtəlif təqdimatlar nümayiş etdiriblər. Dərs zamanı COP29 haqqında divar qəzeti, əl işləri təqdim olunub.

Məktəbin direktor müavini Ceyran Məmmədova dərsi dinləyərək öz fikir və təkliflərini iştirakçıların nəzərinə çatdırıb.

Maraqlı dərsin təşkilinə görə biologiya müəllimi Mətanət Məmmədovaya təşəkkür edir, şagirdlərimizə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi