Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

 67 nömrəli tam orta məktəbdə Ümumdünya Layiqli Əmək Günü münasibətilə dəyirmi masa keçirilib.

Tədbirdə məktəbin Həmkarlar Komitəsinin sədri, ingilis dili müəllimi Sulidə Rüstəmova və Həmkarlar Komitəsinin üzvləri iştirak ediblər.

Sulidə Rüstəmova çıxış edərək günün əhəmiyyətli mövzusu barədə məlumat verib, iştirakçıların fikir və təkliflərini dinləyib.

Dəyirmi masada məktəbin Hərbi rəhbəri Muraz Sadıqov, biologiya müəllimləri Günel Xasaylı və Məleykə Muradova, musiqi müəllimi Sevil Ağamalıyeva çıxış edərək təhsil işçilərinə Həmkarlar Komitəsinin göstərdiyi diqqət və qayğıdan bəhs ediblər, öz fikir və təkliflərini səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi