Ümumdünya Psixi Sağlamlıq Günü

  Ümumdünya Psixi Sağlamlıq Günü ilə əlaqədar olaraq 67 nömrəli tam orta məktəbin psixoloqlari Xəyalə Babazadə və Əfsalə Ağayeva şagirdlərlə görüş keçiriblər.

Qeyd edək ki, 1992-ci ildən etibarən hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir.

Bu təqvim günü Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə təsis edilib.

Sağlamlığın ayrılmaz və əhəmiyyətli hissəsi olan psixika hər kəsə öz bacarıq və şəxsi potensialını nümayiş etdirməyə, adi həyat streslərini dəf etməyə, məhsuldar və faydalı iş görməyə, cəmiyyətə xeyir verməyə imkan yaradır.

Məktəbdə sağlam psixoloji iqlimin yaradılması və psixi cəhətdən şagirdlərimizin hər zaman sağlam olması bizim üçün önəmlidir. Bu aspektdən yanaşaraq bütün şagirdlərimizə uğurlar diləyirik

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi