Şəhidlik zirvəsinə ucalan həyat yolu

7 oktyabr 2024-cü il tarixində 67 nömrəli tam orta məktəbdə tarix müəllimi Arifə İsmayılova və istedadlı şagirdləri tərəfindən tədbir keçirilib.
Məktəbin məzunu olan, II Qarabağ müharibəsinin 44 günlük Zəfər tarixində şanlı iz qoyan şəhid Əliyev Əmrulla Vahid oğlunun doğum günü münasibətilə onun əziz xatirəsi yad edilib.
Tədbirdə məktəbin direktoru İradə Bayramova, direktor müvavinləri, müəllim və şagird heyəti, şəhidimizin valideynləri Əliyev Vahid, Əliyeva Ofeliya, I və II Qarabağ müharibəsi iştirakçısı olan İlham Rəsulov iştirak ediblər.
Şəhid Əmirulla Əliyevin keçdiyi döyüş yolu, onun daxili dünyası, mənəvi keyfiyyətlərindən söhbət açılan tədbirdə onun həyat yoluna həsr olunmuş "Missiya Dramı" adlı qısa metrajlı film nümayiş etdirilib.
Qeyd edək ki, film məktəbin şagird və müəllim heyəti tərəfindən qısa zaman ərzində hazırlanmış olsa da olduqca maraqlı kadrlarla zəngindir.
Tədbirin təşkilində və "Missiya Dramı" qısa metrajlı filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə kollektivimiz adından təşəkkür edir, şəhidimiz Əmirulla Əliyevə və bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.