Müqəddəs peşə bayramı

 67 nömrəli tam orta məktəbdə 5 oktyabr Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə məktəbin müəllim kollektivi tərəfindən müxtəlif dövrlərdə təhsil alan şagirdlər, onların müəllimlərə hörmət və ehtiramını əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Daha sonra müəllimlər simvolik hədiyyələrlə təltif olunublar.

Müəllim həm dost, həm sirdaş, həm anadır. Onların zəhməti və fədakarlığı sayəsində gələcəyin təməlləri atılır, yeni nəsillərə bilik və dəyərlər aşılanır. Hər bir şagirdin uğurunda müəllim əməyi, hər bir cəmiyyətin inkişafında müəllimin rolu danılmazdır.

67 nömrəli tam orta məktəbin kollektivi olaraq, Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edir, fədakar peşə sahiblərinə müqəddəs və qürurverici işdə uğurlar arzulayırıq!

Ömürlərini elm və təhsilə həsr edən, daim öyrənmək və öyrətmək ruhu ilə yaşayan dəyərli müəllimlərimizin peşə bayramı mübarək olsun!

#ElmVəTəhsilNazirliyi #BeynəlxalqMüəllimlərGünü #5Oktyabr

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi