Məktəbəhazırlıq qruplarında ilk dərs həyəcanı

 Oktyabrın 1-i 67 nömrəli tam orta məktəbdə beşyaşlıların cəlb olunduğu məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.

İlk dərs günü balacalar üçün olduqca maraqlı və əyləncəli keçib. Rəngarəng şəkildə bəzədilmiş, şən əhval yaradan sinif otaqları yeni sakinlərini qarşılayıb.

Məktəbin direktoru İradə Bayramova çıxış edərək balacaları və onların valideynlərini təbrik edib, onlara xoş arzularını çatdırıb.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında əsas məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir.

İlk dərs günü münasibətilə bütün məktəbəhazırlıq qruplarında təhsil alan balacaları təbrik edir, onlara zehin açıqlığı və uğurlu təhsil həyatı arzu edirik.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Uşaq #MəktəbəHazırlıq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi