27 Sentyabr Anım Günü şəhid məzunların valideynləri ilə qeyd edilib

 67 nömrəli tam orta məktəbdə 27 Sentyabr Anım Günü qeyd olunub. Məktəbin tarix müəllimi Arifə İsmayılova, musiqi müəllimi Sevil Ağamalıyevanın birgə təşkilatçılığı və VIII-X siniflərdə təhsil alan istedadlı şagirdlərin iştirakı ilə keçirilən tədbirdə məktəbin şəhid məzunlarının valideynləri, məktəb müdiriyyəti, müəllim və şagird heyətinin nümayəndələri qonaq olublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb və Vətən torpaqları uğrunda canlarından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Məktəbin məzunları olan şəhid Əliyev Əmrulla Vahid oğlunun valideynləri Vahid Əliyev və Ofeliya Əliyeva, şəhid Alışov Musa Tofiq oğlunun anası Ulduz Həsənova tədbirin fəxri qonaqları olublar.

Tədbirdə şagirdlərin və tarix müəllimi Arifə İsmayılovanın ifasında Vətənpərvərlik ruhunda çıxışlar, şeirlər və musiqilər səsləndirilib.

Sonda məktəbin direktoru İradə Bayramova,

Hərbi rəhbər, Vətən müharibəsi veteranı və qazisi Muraz Sadıqov, şəhid ailələrindən olan qonaqlar öz təəssüratlarını bölüşüblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən var olduqca onlar sağdırlar!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi