Qələbəyə gedən yolun başlanğıcı

 67 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi 27 Sentyabr Anım Gününü qürur hissi ilə qeyd edib. Siniflərdə Anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilib, məktəbin bütün sinif otaqlarının pəncərələrində bu dünya pəncəsindən nakam baxan Şəhidlərimizin şəkilləri əks olunub.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbir Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə davam etdirilib.

Məktəbin direktoru İradə Bayramova çıxış edərək 44 günlük zəfər salnaməsindən bəhs edib, 27 Sentyabr Anım Günü ilə bağlı öz təəssüratlarını bölüşüb.

Anım Günü məktəbin hər iki korpusunda, həm yuxarı sinif şagirdləri, həm də ibtidai siniflər üçün keçirilib. İbtidai sinif şagirdlərinin ifasında şeir və məlumatlar səsləndirilib, səhnəciklər nümayiş etdirilib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizi dərin ehtiramla yad edirik.

#QarabağAzərbaycandır

#KarabakhisAzerbaijan

#AnımGünü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi